Modern.az

Sumqayıtda gizli fəaliyyət göstərən kafe aşkarlandı - FOTO

Sumqayıtda gizli fəaliyyət göstərən kafe aşkarlandı - FOTO

Aktual

16 Avqust 2020, 12:51

Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

 

Modern.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd  zamanı 9-cu mikrorayonda yerləşən "Röyal" kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilib.

 

Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Onların hər biri isə 200 manat məbləğində cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?