Arxiv
19 Yanvar 2010, 10:59 | ÖLKƏ
Azərbaycanın "Qırmızı kitabı"nın II nəşri nə vaxt hazır olacaq?

Azərbaycan Respublikası «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Kitab Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili  növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranıb.
Prezidentin 24 mart 2006-cı il 1368 №-li sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”na əsasən 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri başa çatdırılmalıydı.
Qeyd edək ki, hələ 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qırmızı Kitab”ın II nəşri ilə əlaqədar elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılıb və o vaxtdan işlərə başlanılıb.
“Qırmızı Kitab”ın II nəşri nə vaxt hazır olacaq?
Modern.az bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Lakin nazirlikdən kitabın nə vaxt nəşr olunacağının dəqiq bilinmədiyi bildirilıib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə 10 mindən artıq ağac əkilib - FOTO 6 Dekabr 2019, 15:04 Bu otellərə ulduz verildi - FOTO 6 Dekabr 2019, 14:58 Tahir Mirkişili və Rasim Musabəyov AVRONEST PA-nın sessiyasında 6 Dekabr 2019, 14:54 Baş redaktor parlament seçkisinə qatılacaq: “Hər kəs öz töhfəsini verməlidir” 6 Dekabr 2019, 14:45 Cəbhə bölgəsində də Birinci vitse-prezidentin təşəbbüsünə qoşuldular 6 Dekabr 2019, 14:40 Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı 6 Dekabr 2019, 14:39 Elmar Vəliyevi güllələyən şəxsin işi məhkəməyə GÖNDƏRİLDİ 6 Dekabr 2019, 14:30 "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar - FOTOLAR 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?