Modern.az

Temperatur 10 dərəcə düşəcək - Nazirlikdən hava xəbərdarlığı

Temperatur 10 dərəcə düşəcək - Nazirlikdən hava xəbərdarlığı

Aktual

20 Avqust 2020, 14:06

Ölkə ərazisində hava şəraiti pisləşəcək.

 

Avqustun 21-i axşamdan avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 18-23 m/s, 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək. 

 

Avqustun 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?