Modern.az

Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü

Abşeronda azyaşlı qardaşları maşın vurdu - Onlardan biri öldü

Aktual

21 Avqust 2020, 13:38

Abşeron rayonunda avtomobil iki azyaşlını vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, avqustun 20-də, saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - doqquz yaşlı Rüstəm Həsənovu və yeddi yaşlı qardaşı Muradı vurub.

 

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

 

Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?