Modern.az

Dövlət Xidməti: “Belə hallar vaxt itkisinə, gecikmələrə gətirib çıxarır”

Dövlət Xidməti: “Belə hallar vaxt itkisinə, gecikmələrə gətirib çıxarır”

Aktual

21 Avqust 2020, 14:26

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalan təşkilatlardan daxil olan sənədlərin təhlili zamanı aşkar olunan uyğunsuzluqlar nəticəsində satınalmaların yekun protokollarının yenidən tərtib olunması və ya ümumiyyətlə satınalmaların nəticələrinin ləğv edilməsi zərurəti yaranır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, nəticədə, belə hallar vaxt itkisinə, gecikmələrə gətirib çıxarır və ölkə iqtisadiyyatı üçün zəruri olan investisiya layihələrinin vaxtında reallaşdırılması müddəti gecikmiş olur.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalan təşkilatların nəzərinə çatdırır ki, dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində bir sıra məsələlərə xüsusi diqqət yetirilmədir. Bunlar aşağıdakılardır:

Satınalma predmeti üzrə satınalma planı dövlət satınalmalarının vahid internet portalında (//etender.gov.az) vaxtında yerləşdirilməlidir. Tender komissiyası qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmalı, tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına nəzarət etməli və şərtlər toplusunu vaxtında təsdiq etməlidir. Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmeti düzgün göstərilməli, tender elanları rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməlidir.

 

Həmçinin, tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməli, iştirak haqqının ümumi məbləği tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmalıdır. Satınalma prosesində iştirak edən malgöndərənlərin (podratçıların) adları, hüquqi ünvanları və bank rekvizitləri yekun protokollarda düzgün qeyd edilməli, onların eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə diqqət yetirlməlidir.

Malgöndərənlər (podratçılar) tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlər satınalan təşkilata qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməli, onların kateqoriyası (mikro, kiçik, orta və ya iri) yekun protokolda düzgün qeyd edilməlidir. Yerli mallar (işlər və xidmətlər) təklif edən malgöndərənlərin (podratçıların) xeyrinə güzəşt edilməsi məsələsi xüsusi diqqətdə saxlanılmalıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?