Modern.az

Lerikdə gənc müəllim qəzadə həlak oldu

Lerikdə gənc müəllim qəzadə həlak oldu

Aktual

27 Avqust 2020, 12:40

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Tamerlan Əliyev Lerik Rayonu Orand kənd məktəbinin Texnologiya müəllimi işləyirdi!

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?