Modern.az

Rusiyada ikinci koronavirus vaksininin hazır olacağı vaxt açıqlandı

Rusiyada ikinci koronavirus vaksininin hazır olacağı vaxt açıqlandı

Aktual

27 Avqust 2020, 16:56

Rusiyanın ikinci koronavirus vaksini sentyabr ayında hazır olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib.

 

O bildirib k, hazırda həmin vaksin üzərində iş davam edir:

 

“Mənə verilən məlumata görə, ikinci vaksin senytabrda hazır olacaq. İndi onun üzərində Novosibirskdə məşhur institut işləyir”.

 

Qeyd edək ki, Rusiya avqustun əvvəlində dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?