Modern.az

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB

Aktual

27 Avqust 2020, 21:53

“Neftçi” - "Şkupi"oyunu yekunlaşıb.

Modern.az xəbər verir ki,  "Neftçi" doğma meydanda Şimali Makedoniya təmsilçisini 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, bu qələbə sayəsində "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq. 

 

20:14

 

UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Neftçi” (Bakı) - "Şkupi" (Şimali Makedoniya) oyunu başlayıb.

Modern.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mbodj, Anton Krivotsyuk, Cabir Əmirli, Namiq Ələsgərov, Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef - Monroz, Sabir Buqrin, Mamadu Kane və Tallison Dias yer alıblar.

"Şkupi"nin ilk onbirliyində isə meydana Kristian Naumoski, Darko Qlişiç, Lamin Diyak, Besar Iseni, İlirid Ademi, Besart Krivanev, Umar Qudabi, Dembo Darbo, Sabit Bilali, Filip Qliqorov və Lima Da Silva Neto çıxıblar.

Görüşü Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirir.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?