Arxiv
20 Yanvar 2010, 16:47 | ÖLKƏ
Loğman xərçəng xəstəliyini müalicə edib

Polşalı loğman illər öncəsi bu xəstəliyin müalicəsində ağ neftdən istifadə edib

Son illər dünyada xərçəng xəstəliyinə tutulanların sayında artım müşahidə edilir. Alimlərin fikrincə, xəstələrin sayının çoxalması ətraf mühitin və ekologiyanın, eləcə də zərərli vərdişlərin insanların həyatına və sağlamlığına mənfi təsiri ilə bağlıdır.

Bu xəstəliyin öyrənilməsi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, 1990-cı ildə dünyada ilk dəfə xərçəngə tutulan xəstələrin sayı 8 milyon olmuşdusa, 2000-ci ildə bu göstərici 10 milyonu ötüb.  Proqnoza görə 2050-ci ildə dünya üzrə xərçənglə ilk dəfə xəstələnənlərin ümumi sayı 24 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 16 milyona çatacaq.

Azərbaycanda da xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Şəhiyyə Nazirliyinin məlumatına görə, son 5 il ərzində bu xəstəlikdən ölüm göstəricisi də artmaqdadır. Bunun əsas səbəblərindən biri şiş əleyhinə preparatların olmaması və çatışmazlığı, eləcə də bu preparatların çox baha olmasıdır.

Rəsmi məlumatlara görə, Azərbaycanda 8 minə yaxın bədxassəli şiş xəstəsi var. Bundan 4 mindən çoxu qadın, 3500-dən çoxu kişidir. Qeyri-rəsmi məlumatlarda bu rəqəmin daha böyük olduğu bildirilir. Qadınlarda xərçəng ən çox süd vəzi və uşaqlıq boyununda, kişilərdə isə mədə və ağciyərdə rast gəlinir. Azərbaycanda bu xəstəliyin ən yayılmış forması süd vəzisi və prostat xərçəngidir. Hamıya məlumdur ki, xərçəng sağalmaz xəstəliklər sırasına aiddir. Müasir tibb elmi hələ ki bu mərəz qarşısında acizdir. Xərçəngin törədicisi olan bədxassəli şişlər iki qismə bölünür: orqanizmin üst hissəsini zədələyən epitelial şişlər, əzələ, sümük, qan və digər toxumaları zədələyən qeyri-epitelial şişlər. Epitelial şişlər orqanizmin hər bir orqanında inkişaf edə bilir. Xərçəngin bu növü limfatik vəzlər və qan damarları vasitəsilə bir orqandan baqasına keçir. Bu, bir evdə baş verən yanğının digər evə keçməsinə bənzəyir. Tibb elmi hələlik bu «yanğını» söndürməyə qadir deyil.

Dünyanın bir sıra ölkələrində təbabətlə məşğul olan loğmanlar isə xərcəngi kimyəvi dərmanlarla deyil, bitkilərdən hazırlanmış təbii dərmanlarla müalicə edilməsini məsləhət görürlər. Onlardan bəziləri tibb elminin mübarizə apara bilmədiyi bu bəlanın hətta sağalan xəstəlik olduğunu iddia edirlər.  Bununla bağlı bir neçə metodologiya hazırlayan loğmanlar da olub.

Ötən əsrin sonlarında Polşanın paytaxtı Varşavada yaşayan türkəçarə həkim P.Pauletta isə xərçəngə qarşı tamamilə qeyri-ənənəvi üsul tətbiq etməklə onun müalicəsilə məşğul olub. O, iddia edib ki, xərçəngi, eləcə də qanla bağlı digər xəstəlikləri ağ neftlə müalicə etmək olar. Paulettanın fikrincə, hətta sağlam adam on beş damcı nefti qənd parçasının üzərinə töküb qəbul edə bilər. Türkəçarə ilə məşğul olan loğmanın fikrincə, xəstəliklərin qarşısını almaq üçün il ərzində bir neçə çay qaşığı ağ neft içmək ziyan verməz.  Xəstələr isə on beş gün ərzində hər səhər bir çay qaşığı ağ nefti ac qarına qəbul etməlidir.

Pauletta bildirib ki, bir çox pasiyentlər bunu edə bilmədiklərindən, onlar ilk günlər bir-iki damcı ağ nefti qəndin üzərinə damcıladıb onu yeyə və ya qaynanmış soyuq suya qarışdırıb gündə üç dəfə yeməkdən sonra içə bilərlər. Sonra ağ neft damcılarının sayı tədricən on beşə qaldırılmalıdır.

P.Pauletta iddia edib ki, ağ neftlə şəkər xəstəliyi, qanın zəhərlənməsi, müxtəlif iflic növləri, ürək xəstəlikləri, babasil, mədə xorası, baş ağrısı, radikulit, duzlaşma, angina, soyuqdəymə, boğaz şişi və s. mərəzlərin müalicəsi mümkündür. O, ciyərdəki və bağırsaqlardakı qurdları da ağ neftlə salmağın mümkünlüyünü bildirib. Bu zaman ağ nefti həm içmək, həm də bədənə sürtmək olar. P.Pauletta iddia edib ki, az həcmdə qəbul edilən ağ neftin insana heç bir əks təsiri yoxdur. Onun qəbul edilməsi yalnız yüngül formada qarınağrısı yarada bilər. Türkəçarə həkim uşaqlarda olan şəkər xəstəliyinin axırına çıxmaq üçün 4-5 həftə ərzində gündə beş damcı ağ neftin qəbulunu kifayət sayıb.

Qanla əlaqədar xəstəliklər, o cümlədən mədə xəstəliyi zamanı bir həftə ərzində gündə bir dəfə bir çay qaşığı ağ neft qəbul etmək lazımdır. İki aylıq fasilədən sonra dörd həftə ərzində hər gün bir xörək qaşığı ağ neft içilməlidir. Bir il sonra həmin kursu təkrar etmək lazımdır. İkinci dəfə bu xəstəliyə tutulmamaq üçün profilaktika məqsədilə ildə bir dəfə 12 gün ərzində hər gün bir çay qaşığı ağ neft içmək məsləhət görülüb.

P.Paulettaya görə, boğazı təmizləmək üçün ağ neftin üstündən günəbaxan və ya çaytikanı yağı içmək lazımdır. O, aviasiya neftindən istifadənin daha səmərəli olduğunu qeyd edib. Əgər bu mümkün olmadıqda, onda yarım litr adi ağ nefti pambıqdan süzüb sonra şüşə qaba tökmək, üzərinə üç qaşıq əla növ duz əlavə etmək, bu qabı içərisi su ilə dolu qazana qoyaraq saat yarım qaynatmaq lazımdır. Bundan sonra adi ağ neftdən müalicə məqsədilə istifadə etmək olar.

Ağ neftlə müalicəni P.Pauletta ilk dəfə öz üzərində sınaqdan keçirib. Türkəçarə həkimin özü bu barədə bunları yazıb: «Vaxtilə bağırsağımda qorxulu xərçəng şişi var idi. Xəstəlik  dövründə həkimlər bağırsağımın 75 sm hissəsini kəsib atdılar. Lakin bu, nəticə vermədiyindən, ağrılar davam edirdi. Daha sonra böyrəklərimin fəaliyyəti pisləşdi və həkimlər həyatımın son günlərini yaşadığımı bildirib məni xəstəxanadan evə yazdılar.

Evdə ölümü gözlədiyim məqamda öyrəndim ki, II Dünya müharibəsi zamanı Polşada bizim əsgərlər müxtəlif xəstəliklərdən qorunmaq üçün ağ neft (aviasiya nefti) qəbul edirmişlər. Mən də ondan istifadə etməyi qərara aldım. Əvvəlcə bir xörək qaşığı ağ neft içdim. Bir neçə gün sonra  özümü yaxşı hiss etməyə başladım, ağrılar azalmışdı. Neft qəbul etməyə başlayandan altı həftə sonra mən özümdə aclıq hiss etdim».

P.Paulleta ağ neft müalicəsini öz övladlarının üzərində də tətbiq edib. O, həkimlərin kömək edə bilmədiyi uşaq iflici keçirən azyaşlı oğluna gündə bir çay qaşığı ağ neft içirdib, bu müalicə uşağın sağalması ilə nəticələnib. P.Pauletta daha sonra qanında zəhərlənmə gedən böyük oğluna beş gün ağ neft qəbul etdirməklə onu da fəal həyata qaytarıb.

Polşalı loğmanın ağ neftlə xərçəngin müalicəsinə dair dediklərinə daha bir misal: «Belçikda yaşayan tanışımın döşündə bədxassəli şiş əmələ gəlmişdi. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti ağırlaşdığından ona ağ neft qəbul etməyi məsləhət gördüm. Qadın gündə acqarına bir çay qaşığı ağ neft qəbul etməklə dörd həftədən sonra sağalmağa başladı. Bu proses zamanı o, şəkər xəstəliyindən də xilas oldu».

P.Paulettanın sözlərinə inansaq o, Avropanın müxtəlif ölkələrində minlərlə xəstəni xərçəng xəstəliyinin pəncəsindən xilas edib.

 

Adəm QORXMAZ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49 Bakıdan Cəlilabada gedib ev yardılar - FOTO   6 Dekabr 2019, 16:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?