Arxiv
21 Yanvar 2010, 17:41 | ÖLKƏ
Azərbaycanda ildə 5 mindən çox adama psixi xəstə diaqnozu qoyulur

Modern.az-ın araşdırması zamanı məlum olub ki, son illər Azərbaycan əhalisi arasında psixi xəstəliklərlə xəstələnmə halları artıb. Dövlət Statistika Komitəsinin statistik məlumatları belə deməyə əsas verir. Rəsmi statistikaya görə, 2000-ci ildən bəri ötən hər il ərzində 5 mindən çox adama ilk dəfə psixi xəstə diaqnozu qoyulur. Hazırda Azərbaycandakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 130 minə yaxındır.   Rəsmi statistikaya görə, Azərbaycanda hər 100 min nəfərdən 1432-si psixi xəstədir. Əgər 2000-ci ildə respublikamızdakı müalicə - profilaktika müəssisələrində qeydiyyatda duran psixi xəstələrin sayı 97279 nəfər olubsa, 2008-ci ildə bu rəqəm 122589 nəfərədk artıb. Göründüyü kimi, 8 il ərzində ölkədə psixi xəstəliklərə mübtəla olanları sayı 25310 nəfər çoxalıb. Həkimlər bu rəqəmin getdikcə artacağını istisna etmirlər. Psixoloq Asəf Kərimov psixi xəstələrin sayının artmasının səbəbini ilk növbədə ağır iqtisadi vəziyyətlə əlaqələndirir: “Ümumi götürəndə insanlara ictimai-siyasi, iqtisadi vəziyyət çox güclü təsir edir. İndiki zəmanədə olan ədalətsizlik və haqsızlıqların olması, sağlamlığın kifayət qədər təmin olunmaması insanlara mənfi təsir göstərir”. Müsahibimiz uzun müddət müharibədə iştirak edənlərdə və müharibə səsi altında dünyaya gələn uşaqlarda da sinir pozğunluqları yarandığını söyləyib. Psixoloq psixi xəstələrin çoxalmasını həm də digər amillərlə də əlaqələndirir: “Qarabağ müharibəsində məğlubiyyətlər, insanların yaxınlarını itirməsi üzündən şəxsi faciələrin baş verməsi, qaçqın və məcburi köçkün uşaqların ağır vəziyyətdə böyüməsi, işsizlik, sosial problemlərin artması, ailələrdə olan münaqişələr, insanların informasiya bolluğuna düşməsi də psixi xəstələrin sayına təsir göstərib”.

A.Kərimov psixi pozğunluğun gənclər arasında çox olduğunu deyir: “Gənclərin müəyyən bir iş yeri tapa bilməməsi onlarda əsəb gərginliyi yaradır. Bundan başqa onların iradəsi və sinir sistemi zəifləyir, daim  həyacan içərisində olurlar. Nəticədə onlarda sinir sistemi pozulur”.

Müsahibimiz yaşlı təbəqə arasında da bu cür halların olduğunu bildirir. Onun sözlərinə görə, yaşlı nəsil indiki dövrə uyğunlaşa bilmir. “Onların əksəriyyəti qadınlardı. Son zamanlar yaşlı təbəqənin pensiya məsələsi ilə əlaqədar dövlət qurumlarından işdən azad edilməsi də onlara pis təsir göstərir”.

Psixoloqun fikrincə, bəzi insanlar indiki dövrə uyğunlaşa bilməkdə çətinlik çəkirlər. Onun sözlərinə görə, indi ölüm haqqında həddən artıq fikirləşənlər var. “Bəziləri yaşamaq, qalib gəlmək və pozitiv hisslər ətrafında hərəkət etmək istəmirlər. İnkişafın belə bir dəyişkən vəziyyətinə insanlar hamısı hazır deyil. Bu da sonda gərgin vəziyyətə gətirib çıxarır”.

Psixoloq psixoloji mərkəzlərə dəstək olunmasını vacib bilir: “Reabilitasiya və  psixiatrik mərkəzlər maddi cəhətdən çox çətin vəziyyətdədirlər.  Dövlət bu müəssisələrə hər zaman yardım göstərməlidir”.

Ölkədə doqquz psixiatriya (ruhi) xəstəxanası var. Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və sayıqlama ilə müşayiət olunan xəstəliklərlə əlaqədar qəbul olunurlar.   Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq təşkilatlardan parlament seçkilərini izləməyə gələn olacaq? 13 Dekabr 2019, 12:35 Azərbaycanın yeni Ombudsmanı Türkiyə səfirini qəbul edib 13 Dekabr 2019, 12:29 Rəsmi Bakı humanitar yardımı rəsmən Albaniyaya təqdim edib 13 Dekabr 2019, 12:24 Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı 13 Dekabr 2019, 12:22 İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib 13 Dekabr 2019, 12:20 Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ 13 Dekabr 2019, 12:19 Evlənmək istəyən cütlüklərdə xəstəliklər aşkarlandı - SİYAHI 13 Dekabr 2019, 12:14 Mərkəzi Bank uçot dərəcəsini azaltdı 13 Dekabr 2019, 12:07 BDU-nun professoru jurnalistlərə “seçki iradı” tutdu: belə yazmayın! 13 Dekabr 2019, 12:06 Üç sabiq deputat - Xanımlar seçkilərlə bağlı qərarlarını AÇIQLADILAR 13 Dekabr 2019, 11:57 Gömrükçülər külli miqdarda pirotexniki vasitə AŞKARLADILAR 13 Dekabr 2019, 11:52 Futbol Federasiyasının keçmiş prezidentinin evində axtarış aparılır 13 Dekabr 2019, 11:47 Rusiya əhalisi sürətlə AZALIR: 10 ayda 259 min nəfər 13 Dekabr 2019, 11:38 17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44