Modern.az

Məktəblərdə məcburi abunə yazılışı başlayıb

Məktəblərdə məcburi abunə yazılışı başlayıb

22 Yanvar 2010, 13:44

Orta məktəblərdə müəllimlərə Təhsil Nazirliyinin nəşr etdiyi “Kurikulum” jurnalına məcburi abunə yazılışı kampaniyası həyata keçirilməkdədir. Qeyd edək ki, baş redaktoru təhsil naziri Misir Mərdanov olan bu jurnalda ümumi təhsillə bağlı müxtəlif məsələlər əhatə edilir. Paytaxt məktəblərində çalışan bir qrup müəllim adlarının çəkilməməsi xahişi ilə Modern.az-a bildiriblər ki, Bakıdakı təhsil müəssisələrində pedaqoji işçilərdən "Kurikulum” jurnalına illik abunə yazılışı zamanı müxtəlif məbləğlərdə pul tələb olunur. Bu məbləğin 15-40 manat arasında dəyişdiyi qeyd olunur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı saytımıza bilirib ki, hər bir müəllimin “Kurikulum” jurnalına abunə olması vacibdir: “Onu deyə bilərəm ki, təhsil islahatlarından xəbərdar olmaq istəyən hər bir müəllim bu jurnala abunə yazılmalıdır. Məncə, müəllim bununla heç bir şey itirməz”. Təhsil Nazirliyinin nəzdindəki Kurikulum Mərkəzindən isə bildiriblər ki, “Kurikulum” jurnalının illik abunəhaqqı 15 manatdır. Jurnal ildə dörd dəfə nəşr olunur. Kurikulum Mərkəzindən bildirilib ki, orta məktəblərdə müəllimlərdən abunəyə görə 15 manatdan artıq pul tələb edilə bilməz. Mərkəzdən şikayətçi müəllimlərin bura müraciət etməsi məsləhət görülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir