Arxiv
25 Yanvar 2010, 15:27 | ÖLKƏ
Şərqşünaslıq İnstitutu «Güney Azərbaycan» məlumat kitabı hazırlayıb

Gövhər Baxşəliyeva: «Ötən il institutumuzda 85 elmi-tədqiqat işi tamamlanıb»

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva Modern.az-a açıqlamasında rəhbərlik etdiyi elm ocağının işindən danışıb. G.Baxşəliyeva deyib ki, 2009-cu ildə Şərqşünaslıq İnstitutunda böyük uğurlar əldə edilib, Azərbaycan şərqşünaslıq elminin inkişafına və dünya elminə inteqrasiyasına samballı töhfələr verilib. Ümumilikdə ötən il ərzində institutda 85 elmi-tədqiqat işi tamamlanıb. Direktorun sözlərinə görə, müasir Türkiyənin iqtisadiyyatı və xarici iqtisadi siyasəti mövzusu çərçivəsində çapa hazırlanmış «Türkiyə. Tarixi-iqtisadi oçerklər» kitabı diqqətəlayiqdir. Bu sahədə görülmüş işlərdən “Türkiyənin xarici iqtisadi siyasətində MDB respublikaları” adlı elmi-tədqiqat işini də qeyd etməyə dəyər: «Əsası böyük alimimiz akademik Ziya Bünyadov tərəfindən qoyulan məşhur Osmanlı vergi dəftərlərinin tədqiqi, tərcüməsi və nəşri davam etdirilir. Bu sıradan “XVIII əsrin II yarısı - XIX əsrin 30-cu illərində Borçalı ərazisində etnodemoqrafik vəziyyət (Osmanlı və gürcü mənbələrinin müqayisəli təhlili əsasında)” adlı işdə Borçalı-Qazax bölgəsinə aid osmanlı, gürcü və fars mənbələri, Gürcüstan vilayətinin müfəssəl dəftəri, gürcü knyazları və İran şahlarının dövrə aid fərmanları araşdırılıb, tərcümə edilib, Borçalıdakı XVIII əsrdə demoqrafik, inzibati, sosial-iqtisadi, etno-coğrafi və hərbi-siyasi vəziyyət təsvir olunub və bir çox etnonim, toponim və onomastik ifadələrin izahı verilib. “XVIII yüzilliyin I yarısında Urmiya bölgəsinin etnodemoqrafik vəziyyəti (Osmanlı mənbələri əsasında)” adlı elmi-tədqiqat işi də tamamlanıb. XVIII yüzilliyin əvvəllərində Azərbaycanın əyalət və bölgələrinin sosial-iqtisadi vəziyyətinin, tarixinin öyrənilməsində İstanbul və Ankara arxivlərində çox dəyərli sənədlər, mənbələr qorunub saxlanılır. Bu mənbələrdən, xüsusilə, «Dəftəri-mufassali-livai-Xalxal və Urumi»dən istifadə edilərək Urmiyyə bölgəsində XVIII yüzilliyin əvvəllərində Osmanlı fəthindən sonra baş vermiş ərazi-struktur dəyişiklikləri, maliyyə, kənd və nahiyələrdən toplanan vergilər, ərazidə məskunlaşmış əhalinin etnodemoqrafik vəziyyəti təhlil olunub. Övliya Çələbinin «Səyahətnamə» əsərinin II cildinin tərcüməsi və tədqiqi də bitmiş işlərdəndir». G.Baxşəliyeva deyib ki, Cənubi Azərbaycanla bağlı tədqiqatlara da böyük önəm verilir. Bu bölgənin tarixi, iqtisadiyyatı və  ictimai-siyasi vəziyyəti problemi üzrə «Güney Azərbaycan» məlumat kitabı hazırlanıb, həmçinin Seyid Cəfər Pişəvərinin «Zindan xatirələri» ön söz və şərhlərlə çapa təqdim olunub: «Müsəlman Şərqi beynəlxalq münasibətlər sistemində» mövzusu üzrə “İran körfəzi ölkələri beynəlxalq əlaqələr sistemində» adlı elmi-tədqiqat işi tamamlanıb. Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı, Azərbaycanla əlaqələri mövzusu çərçivəsində isə “Yaponiya ilə Azərbaycan Respublikası arasında siyasi-iqtisadi və mədəni əlaqələr” araşdırılıb». G.Baxşəliyevanın söylərinə görə, Qərbi Avropa və İslam dünyası arasında qarşılıqlı mədəni-ictimai təsir prosesləri mövzusu üzrə görülən işlərin də əhəmiyyəti böyükdür. “Postpozitivizm və işraqilik", “Türkiyədə modernləşmə prosesində elitanın rolu", “Modernləşmə və XX əsr ərəb ədəbiyyatı”, “Müasir Şərq ədəbiyyatında Qərb obrazı” adlı tədqiqatlar bu qəbildəndir. Bu mövzuda həmçinin Bernard Luisin «Mədəniyyətlərin münaqişəsi: xristian, müsəlman və yəhudilər kəşflər dövründə» adlı əsəri tərcümə olunaraq çapa təqdim edilib. İnstitut direktorunun bildirdiyinə görə, il ərzində əməkdaşların 18 monoqrafiya, kitab və topluları nəşr edilib. Bunlardan “Ölməzliyə aparan yol” (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər G.B.Baxşəliyevanındır), S.Ə.Rüstəmova-Tohidinin “Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitablarını və digərlərini qeyd etmək olar: «Bunlardan əlavə, İnstitutun mütəmadi olaraq nəşr etdirdiyi “Şərq filologiyası məsələləri” məcmuəsində, “Elmi araşdırmalar” və “Azərbaycan şərqşünaslığı” jurnallarında Şərq tarixi, iqtisadiyyatı, ictimai fikri, ədəbiyyatı, dilləri ilə bağlı dəyərli məqalələr oxuculara çatdırılır. İl ərzində İnstitut əməkdaşlarının respublikamızda və xaricdə nəşr olunan elmi məcmuələrdə 200-dən artıq elmi məqaləsi dərc olunub. Bunlardan 42-si xarici ölkələrdə, o cümlədən nüfuzlu beynəlxalq nəşrlərdə işıq üzü görüb. 2009-cu il İnstitutun beynəlxalq əlaqələri baxımından da zəngin olub. Bu sıradan xarici ölkələrin elmi müəssisə rəhbərləri ilə keçirilən görüşləri, əməkdaşların xarici ölkələrə elmi ezamiyyələrini və s. qeyd etmək olar. İnstitutun əməkdaşları xarici ölkələrdə və ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslarda 53 dəfə məruzələrlə çıxış edib, ABŞ-ın, Fransanın, Böyük Britaniyanın, Hollandiyanın, Rumıniyanın, Rusiyanın, Cənubi Koreyanın, Çin Xalq Respublikasının, Hindistanın, Türkiyənin, İranın, Qazaxıstanın, Özbəkistanın, Şimali Kipr Respublikasının və digər ölkələrin müxtəlif şəhərlərində Azərbaycan elmini layiqincə təmsil ediblər».

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?