Modern.az

Sonuncu erməni Laçını tərk etdi - VİDEO

Sonuncu erməni Laçını tərk etdi - VİDEO

30 Noyabr 2020, 22:30

İşğal etdikləri Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və əhalisi artıq rayon ərazisini tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan öz feysbuk səhifəsində yazıb. O, Laçından video paylaşaraq “30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir” sözlərini yazıb.

 

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçının dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub (qafqazinfo).

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi