Modern.az

900851 kişi, 740213 qadının fərdi uçot sistemində şəxsi hesabı var

900851 kişi, 740213 qadının fərdi uçot sistemində şəxsi hesabı var

Ölkə

27 Yanvar 2010, 10:50

1 yanvar 2010-cu il tarixə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 900851 nəfəri  kişi, 740213 nəfəri isə qadındır. Bi barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki. fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 146 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369166 nəfər,  50-60 yaşa kimi sığortaolunanlar 330848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137623 nəfər təşkil edir.

2009-cu il ərzində DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 10 faiz artıb. İl ərzində   “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Belə ki, 2009-cu ildə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 149604 nəfər artaraq, 1 milyon 641 min 64 nəfərə catıb.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi