Modern.az

Naftalana gələn turistlər Qarabağa səfər edə biləcəklər

Naftalana gələn turistlər Qarabağa səfər edə biləcəklər

Aktual

18 Dekabr 2020, 14:45

Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!

Ulu öndər Heydər Əliyev

 

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Modern.az xəbər verir ki, hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

 

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının AAYDA-yi tərəfindən asfaltlanması işlərinə başlanılıb. Ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa olunur. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Naftalan şəhərindən bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə Naftalana gələn yerli və xarici turistlər işğal altından azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan torpağı Qarabağa səfər edə biləcəklər.  Bu da eko və aqro turizmin inkişafına birmənalı təkan verəcəkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?