Modern.az

Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Aktual

23 Yanvar 2021, 13:38

Türkiyədə Rusiyanın "Sputnik V" vaksininin istehsalı başlayacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

 

Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb.

 

İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza "Sputnik V" vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.

 

İstehsal olunan məhsul həm Türkiyə bazarına, həm də ixraca yönələcək.

 

Fidan İLQARQIZI

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?