Modern.az

Partlayış ərazisindən yeraltı qaz kəməri keçmir - “Azəriqaz”

Partlayış ərazisindən yeraltı qaz kəməri keçmir - “Azəriqaz”

Aktual

25 Yanvar 2021, 21:42

"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.

 

Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə