Modern.az

Müharibə veteranlarının pensiyası artıb

Müharibə veteranlarının pensiyası artıb

1 Fevral 2010, 11:46

1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, bu artım Prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli  1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram”ın təsdiq edilməsi haqqında sərəncamı çərşivəsində həyata keçirilib. “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”da  Dövlət Sosial Müdafiə Fonduna 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə təkliflərin verilməsi barədə tapşırıq verilib. Bu tapşırığa uyğun olaraq hazırlanan təkliflər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer alıb. Prezident tərəfindən təsdiqlənən dəyışikliklər və əlavələr 1 yanvar 2010-cu il tarixdən qüvvəyə minib.

Artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir