Modern.az

Bu gün Türkiyədə “Can Azərbaycan” telekanalı fəaliyyətə başlayır

Bu gün Türkiyədə “Can Azərbaycan” telekanalı fəaliyyətə başlayır

1 Fevral 2010, 11:59

Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanal yaradıblar. Telekanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanacaq. Modern.az xəbər verir ki, Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün və dünya azərbaycanlılarının səsi olmağa çalışacaq “Can Azərbaycan” telekanalı bu gün Bakı vaxtı ilə saat 15.00-da yayıma baslayıb. “CanAz” TV əsasən milli-mədəni dəyərlərə üstünlük verəcək. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. Bu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkün olacaq. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyası olacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?