Modern.az

TQDK Bakı şəhərində zona müşavirəsi keçirəcək

TQDK Bakı şəhərində zona müşavirəsi keçirəcək

Ölkə

1 Fevral 2010, 15:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 3-də Bakı şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcək.TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə qurumun sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək.

Zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının qabaqcıl məktəblərinin direktorları və müəllimlərinin iştirakı nəzərdə tutulur.
Zona müşavirəsi Nəsimi rayonu 1 saylı orta məktəbin iclas zalında saat 11:00-da başlanır başlayacaq.

Müşavirələrdə adı çəkilən rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
Xatırladaq ki, 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş zəngin elmi materiallar ”Abituriyent” jurnalının 12-ci sayında dərc edilib və həmin nəşrin elektron variantı //www.abıturient.az internet səhifəsində yerləşdirilib.
Bununla yanaşı, respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən ortastatistk abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapıb. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə təmənnasız paylanıb.
Qeyd olunan materialların pedaqoji ictimaiyyət tərəfindən hərtərəfli təhlili təhsil problemləri ilə məşğul olan elm ocaqlarına, müxtəlif pillədən olan təhsil müəssisələrinə, elmi-metodik mərkəzlərə, dövlət qurumları və ictimai təşkilatlara mövcud çatışmazlıqları aradan qaldırmaq, fəaliyyətlərini daha da təkmilləşdirmək istiqamətində zəngin məlumatlar verə bilər.

Bu materiallardan metodiki cəhətdən düzgün istifadə olunması tədris prosesinin səviyyəsinin yüksəlməsində də əhəmiyyətli rol oynaya bilər.  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu