Modern.az

“Neftçi”dən tarixi zəfər - klubumuz AvroLiqanın qrupuna çıxdı

“Neftçi”dən tarixi zəfər - klubumuz AvroLiqanın qrupuna çıxdı

31 Avqust 2012, 00:12

Azərbaycanın futbol tarixində ilk tarixi qələbə qazanıldı... 

Avqustun 30-da futbol üzrə Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib.

Modern.az xəbər verir ki, Avropa miqyaslı turnirlərdəki yeganə təmsilçimiz olan Bakının "Neftçi" klubu səfərdə Kiprin APOEL komandası ilə qarşılaşıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alındığından “Neftçi”ni Nikosiyada çətin oyun gözləyirdi. "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı, ya da ən azı 2:2 (3:3 və s.) hesablı heç-heçəyə nail olmalı idi.

Azərbaycan komandası bu sınaqdan üzüağ çıxıb. Belə ki, “Neftçi” tarix yazaraq Azərbaycanın futbol  klubları arasında ilk dəfə Avropa miqyaslı turnirin qrup mərhələsinə vəsiqə qazanıb.

Bu “Neftçi”nin səfərdə yerli APOEL-i 3:1 hesabı ilə məğlub etməsi nəticəsində baş verib. Qeyd edək ki, APOEL-in stadionunda yerli yunan azarkeşlər oyunun gedişi zamanı Türkiyə bayraqlarını yandırıb və Ermənistan bayrağını qaldırıblar. Əvəzində "Neftçi" möhtəşəm qələbəsiylə yunan-erməni azarkeşlərinin cavabını verib.

APOEL (Kipr) - "Neftçi" (AZƏRBAYCAN)  - 1:3 (İlk oyun - 1:1)

Qollar: Cavid İmamverdiyev, 22 (0:1), Julius Vobay, 30 (0:2), Selim Benaçour, 44 (1:2), Flavinyo, 59 (1:3)

"Neftçi":  Saşa Stamenkoviç, İqor Mitreski, Rəşad Sadiqov (k), Flavinyo, Julius Vobay, Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə.

APOEL: Çiotis, Klukovski, Budimir, Aleksandrou, Benaçour, Manduka, Pinto, Morais, Borda, Serjio, Aloneytis

***

Məğlubiyyəti həzm edə bilməyən yerli yunan azarkeşlər oyundan sonra stadionun şüşələrini və oturacaqları sındırmağa başlayıblar. Polis asayişi qorumaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra azarkeşlər dağılışmağa başlayıblar.

Bakıda isə əksinə, gecə saatlarına baxmayaraq, oyundan sonra yüzlərlə azərbaycanlı azarkeş şəhərin küçələrinə axışıb, yüzdən çox maşın şəhərdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və “Neftçi”nin bayraqları ilə dövrə vurub.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!