Modern.az

Ramil Səfərov: "Bir oğul kimi Vətənin keşiyində durmağa hər an hazıram" - AÇIQLAMA+FOTOLAR

Ramil Səfərov: "Bir oğul kimi Vətənin keşiyində durmağa hər an hazıram" - AÇIQLAMA+FOTOLAR

31 Avqust 2012, 15:57

Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən zabitimiz Ramil Səfərov nəhayət azad olundu.

Bakıda, ata evində olan Ramil Səfərov Modern.az saytına açıqlama verib. Zabitimiz həbsə düşdüyü ilk gündən dövlətimizin, xalqımızın qayğısını hər an hiss etdiyini qeyd edib:

“Müəyyən səbəblərə görə bəzi məsələləri açıqlaya bilmirdik. Hər halda bu anlayışla qarşılanar. İndi qeyd etmək istəyirəm ki, dövlətimizin,  millətimizin qayğısını hiss edirəm. Bundan əvvəl də olduğu kimi, indi də dövlətimizin xidmətində bir oğul kimi dayanmağa hər an hazıram”.

8 ilin qürbətdə çətin keçdiyini vurğulayan Ramil Səfərov bildirib ki, o illərə bir daha qayıtmaq istəməz.

Modern.az saytının hadisə yerində olan əməkdaşı bildirib ki, Ramil Səfərovun yanında deputatlardan hələlik Qənirə Paşayeva var.











Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir