Arxiv
2 Fervral 2010, 14:06 | ÖLKƏ
"Daşkəsəndəki hərbi hissənin zabitləri həbs olunub"

Baş prokuroru Zakir Qaralov Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi ilə əlaqədar AzərTAc-a açıqlama verib. Baş prokuror hərbi hissəsdə baş verənləri ağır cinayət hadisəsi  adlandıraraq deyib ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb. Dövlət başçısının göstərişinə əsasən Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar.   Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla, Respublika Hərbi Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. “Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir”-deyə Z.Qaralov bildirib. Baş prokurorun sözlərinə görə,  Prezidentin gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə ictimai rəy çaşdırılır, bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyatına toxunan hərəkətlərə yol verilir. ”Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır”.  Z.Qaralov bildirib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini mayor Vələd Qurbanov və tağım komandiri baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib. "Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır 15 Dekabr 2019, 09:52