Modern.az

Qarabağın Azərbaycanlı icması: “Erməni icmaları ilə görüşmək istəyirik”

Qarabağın Azərbaycanlı icması: “Erməni icmaları ilə görüşmək istəyirik”

Ölkə

3 Sentyabr 2012, 13:21

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ilə erməni icmalarının görüşü hələki gözlənilmir. Bunu Modern.az-a açıqlamasında İctimai Birliyin İdarə Heyətinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. F.Bədəlbəyli bildirib ki, “Dağlıq Qarabağın azərbaycanlı icması” bu görüş üçün çalışır, amma erməni tərəfdən razılıq yoxdur.

“Onlar bizim icmamızı tərəf kimi qəbul etmək istəmirlər. Deyirlər ki, əgər istəyirsizsə, Xankəndindəki separatçı rejimlə danışmalısınız. Biz bir neçə ölkədə bu görüşləri təşkil etmişik, lakin onlar gəlməyiblər. Amma biz hər bir fürsətdən istifadə edirik. Almaniyada Bundestaqda, Fransada Senatda görüşlər təşkil edib, öz mövqeyimizi açıqlayırıq. Hər halda biz işləyirik ki, biz varıq. Biz istəyirik ki, onlarla oturub danışaq. Gələcəkdə bir yerdə yaşamalıyıq. Nə onlar kosmosa gedəcəklər, nə də biz. Biz hansısa bir normal, mədəni əlaqələr qurmalıyıq”.

F.Bədəlbəyli qeyd edib ki, danışıqlar baş tutmasa, münaqişənin həlli üçün başqa yol müharibədir.

“Biz istəməzdik ki, müharibə olsun. Azərbaycan çox inkişaf edib, biz çox şeyləri itirə bilərik. Ermənilərə nə var ki, onlar acından ölürlər. Onlar üçün itiriləsi heç nə yoxdur. Hər halda biz bəyan edirik ki, sülh danışıqları aparmaq istəyirik. Amma hələki onlardan cavab yoxdur. Biz yenə də çalışacağıq ki, bu görüş olsun”.

İctimai Birliyin İdarə Heyətinin üzvü gənclərimizin Qarabağ mövzusunda bəzi nöqsanlar daşıdığını bildirib.

“İstərdim ki, cəmiyyətdə hərdən bir hökm sürən əyləncə və toy ab-havası az olsun. Sənətdə və şou-biznesdə olan qalmaqallar o qədər də maraqlı deyil. Vətənpərvərlik məsələsində daha ciddi olaq”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar