Modern.az

Bu il ən yaşlı abituriyentlərdən hansı biri tələbə adını qazandı?

Bu il ən yaşlı abituriyentlərdən hansı biri tələbə adını qazandı?

Ölkə

6 Sentyabr 2012, 15:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarında yaşı 57, 56, 51 olan abituryentlər də iştrak etdi. Bəs görəsən yaşlı abituryentlərdən kimsə qəbul imtahanında lazım olan minimal balı yığıb, tələbə adını qazana bildimi?

Modern.az saytı TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə  məsələni dəqiqləşdirib. TQDK rəsmisi təəssüf hissi ilə qeyd edib ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinin qəbul imtahanlarında iştrak edən yaşlı abituryentlərdən heç biri müsabiqə şərtini ödəyə bilməyib.

Qeyd edək ki, bu il qəbul imtahanlarında iştrak edən ən  yaşlı abituryent II ixtisas qrupu üzrə ali məktəbə sənəd vermişdi. Həmin abituryent  1955-ci il təvəllüdlü idi.

Digər ən yaşlı abituryentlər isə I və III ixtisas qrupu üzrə ali məktəbə sənəd vemişdilər ki, onlar da 1956-cı il təvəllüdlu idilər.
IV ixtisa qrupu üzrə imtahan verən ən yaşlı abituriyentin 51 yaşı var  idi, o, 1961-ci ildə anadan olub.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür