Modern.az

Millimiz İsrailə qalib gələ bilmədi

Millimiz İsrailə qalib gələ bilmədi

Ölkə

7 Sentyabr 2012, 23:04

Bu gün "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start verilib. Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün seçmə mərhələdə ilk sınağ oyununa çıxıb. Milli komandamız yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionunda İsrail millisini qəbul edib. Maraqlı epizodlarla yadda qalan matçda birinci hissədə qapılarıa qol vurumlayıb. Qarşılaşmanın ikinci hissəsinda qonaq komanda 50-ci dəqiqədə Bibars Natxonun vurduğu qolla önə keçib. Millimizin ardıcıl hücumları qarşısında tab gətirə bilməyən İsrail yığması üstünlüyü qoruya bilmədi. Belə ki, Milli komandamız 65-ci dəqiqədə Ruslan Abışovun vurduğu möhtəşən qolla hesabı bərabərləşdirdi. Daha sonra qarşılaşmada hesab dəyişmədi.        

Futbol üzrə Milli Komandamız "DÇ-2014"ün seçmə mərhələsinin ilk oyununda meydanda sülh bağlamağa məcbur oldu.

Modern.az                      

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!