Modern.az

Putin SSRİ-nin bərpasının vacib olduğunu bəyan etdi

Putin SSRİ-nin bərpasının vacib olduğunu bəyan etdi

10 Sentyabr 2012, 10:40

Rusiya Avrasiya Birliyinin yaradılmasında israrlı görünür

Rusiya prezidenti Vladimir Putin “Rossiya Tudey” telekanalına müsahibəsində postsovet ölkələrini vahid iqtisadi məkanda birləşdirəcək Avrasiya İqtisadi İttifaqı ideyasının bəzi detallarına toxunub.

Modern.az bildirir ki,  telekanala müsahibəsində Putin  Rusiya, Belorus və Qazaxstanla birgə yaradılmış Gömrük İttifaqını Ümumdünya Ticarət Təşkilatı ilə müqayisə edib.

“Keçmiş SSRİ məkanındakı vahid iqtisadi birlik əməkdaşlıq etməkdə böyük kömək edə bilər. Biz artqıq Belorus və Qazaxıstanla birgə gömrük ittifaqı və vahid iqtisadi məkan yaratmışıq. Bu iqtisadi birliyin üstünlüynü  tərəfdaşlarımıza izah etmək üçün bizə dialoq çox vacibdir. İqtisadi Birlik  Ümummdünya Ticarət Təşkilatının prinsipləri əsasınnda yaradılacaq”-deyə Putin vurğulayıb.

Xatırladaq ki, Putinin 2010-cu ildə irəli sürdüyü Avrasiya İqtisadi Birliyi ideyası birmənalı qarşılanmayıb. Müşahidəçilərin fikrincə, Putininin bu ideyası keçmiş SSRİ-nin yeni formada bərpasına cəhddən başqa bir şey deyil. Azərbaycan ötən il Vahid Gömrük İttifaqına daxil olmaqdan rəsmən imtina edib. Rəsmi Bakı Avrasiya Birliyi ilə bağlı vaxtaşırı qaldırılan müzakirələrə qatılmır.    

 

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi