Modern.az

Dövlət Komitəsi satışda təhlükəli qaz sobaları aşkarlayıb

Dövlət Komitəsi satışda təhlükəli qaz sobaları aşkarlayıb

4 Fevral 2010, 10:27

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Lənkəran, Masallı və Astarada uyğunluq sertifikatı olmayan, təhlükəli qaz sobalarının satıldığını aşkar edib.

Modern.az Dövlət Komitəsinin mətbuat xidmətinə istinadəın xəbər verir ki, monitorinq zamanı Lənkəran şəhərində fiziki şəxs Vüqar Məmmədova məxsus mağazada “Süsler”, “Westburq”, “Luxell”, “Nord”, fiziki şəxs Mehman Axundova məxsus mağazada “Termes”, “Süsler”, fiziki şəxs Habil Ağayevə məxsus mağazada “Süsler”, fiziki şəxs Mirəziz Ağayevə məxsus mağazada “Simens”, fiziki şəxs Səbuhi Cabbarova məxsus mağazada “Temirkel” nişanlı mənşəyi məlum olmayan qaz sobaları müəyyən olunub. Bundan başqa Masallıda yerləşən “Leyla-X” kiçik müəssisəsində “Adrian”, fiziki şəxs Elvin Baxışova məxsus mağazada “Donar” nişanlı sertifikatsız məişət avadanlıqları, Astara rayonunda fiziki şəxslər Asif Fətəliyev, Ağamoğlan Hüseynov və Çinar Cəfərova məxsus mağazalarda kustar üsulla hazırlanmış qaz sobaları aşkar olunub.

Bütün hallarda sahibkarlara adıçəkilən malların satışdan çıxarılması barədə tələbnamələr verilib.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi