Modern.az

Ermənistanda Rusiya generalının qızının meyiti aşkarlandı

Ermənistanda Rusiya generalının qızının meyiti aşkarlandı

11 Aprel 2021, 21:05

Ermənstanın paytaxtı İrəvanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızının meyiti aşkarlanıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

 

Hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polis bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin istintaq qrupu cəlb edilib.

 

Polislər mənzilin eyvanında 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

 

Qeyd edilir ki, tapança onun atasına məxsus olub və hədiyyə imiş. Qadının ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra müəyyənləşdiriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir