Arxiv
4 Fervral 2010, 13:24 | ÖLKƏ
“İşğal olunmuş ərazilərə dair qanunun qəbulu təklifini dəstəkləyirəm”

Parlamentin bugünlərdə öz işinə başlayan yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis (MM) tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış edib. Millət vəkili Qənirə Paşayeva da Modern.az-a açıqlamasında deputat həmkarının məlum təklifini dəklədiyini bildirib. Q.Paşayeva bildirib ki, bu, vaxtında səsləndirilın təklifdir. “Müharibə vəziyyətində olan bir ölkə kimi belə bir qanunun qəbuluna çox böyük və zəruri ehtiyac var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır”. Yeri gəlmişkən, iki il öncə Q.Paşayevanın özü də buna bənzər bir təkliflə çıxış etmişdi. O. işğal olunmuş ərazilərimizdə separatçı-terrorçu rejimlə işbirliyi quran xarici şirkətlərlə, Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə, eləcə də digər məqamları özündə ehtiva edən məsələlərlə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifini irəli sürmüşdü. Millət vəkilinin bildirdiyinə görə, o, yenə də öz təklifində qalır: “Heç də vacib deyil ki, bu yöndə iki qanun layihəsi hazırlansın və qəbul edilsin. Məsləhət bilinərsə, bu istiqamətdə bir təkmil qanun layihəsi hazırlana və parlament müzakirələrinə çıxarılaraq qəbul oluna bilər. Amma bildirmək istəyirəm ki, son illər bəzi xarici ölkələrin şirkətləri Ermənistan rəhbərliyinin şirnikləndirmələri əsasında gedib Azərbaycanın işğal olunmuş ərazilərində iş qururlar. Mineral sularımızı, qiymətli ağalarımızı öz ölkələrinə daşıyırlar. Biz bu məqama da çox ciddi diqqət yetirməliyik və həmin xarici şirkətlərlə, onların arxasında dayanan ölkələrlə sərt davranmalıyıq. Bu yerdə başqa bir məqama da diqqət cəlb etmək istəyirəm. Bəzi xarici şirkətlər özlərinə aidiyyəti olmadığı halda, onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini öz saytlarında Ermənistanın ərazisi kimi göstərir, Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi və murdar kampaniya aparırlar. Bundan başqa, bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr düzəldirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu məsələni parlamentdəki çıxışlarım zamanı da səsləndirmişəm və bu gün də o fikrimin üstündə qalıram ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparan, işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə iş quranlar xarici şirkətlərlə və şəxslərlə bağlı, yaxud ümumilikdə işğal olunmuş ərazilərlə əlaqədar xüsusi bir qanun qəbul edilməlidir. O şirkətlər hətta gələcəkdə də Azərbaycanda fəaliyyət göstərməməlidirlər. Özü də nəinki o şirkətlər, o şirkətlərdə işləmiş, vəzifə tutmuş, onlara rəhbərlik etmiş şəxslər sabah başqa bir şirkət yaratsalar belə, onların şirkətlərinin və özlərinin Azərbaycanda fəaliyyəti yolverilməzdir. Bu qanunu qəbul etdikdən sonra onu xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarına, səfirliklərinə, eyni zamanda, ölkəmizin xaricdə fəaliyyət göstərən nümayəndəliklərinə göndərməliyik. Biz bu qanunla onları yaxından tanış etməliyik ki, gələcəkdə həmin ölkələri və onların işğalçı, separatçı rejimlə işbirliyi quran şirkətlərini hansı aqibət gözləyir. Biz həmçinin mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparmış, işğalçı rejimlə əlaqələr qurmuş, sərvətlərimizi talamış xarici şirkətlərin siyahılarını dərc etməliyik. Hesab edirəm ki, internet dünyasında Azərbaycan əleyhinə təbliğat, iş aparan xarici şirkətlərin də araşdırılması, üzə çxarılması üçün hansısa bir qurum daxilində bir qrup yaradılmalıdır”.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor parlament seçkisinə qatılacaq: “Hər kəs öz töhfəsini verməlidir” 6 Dekabr 2019, 14:45 Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı 6 Dekabr 2019, 14:39 Elmar Vəliyevi güllələyən şəxsin işi məhkəməyə GÖNDƏRİLDİ 6 Dekabr 2019, 14:30 "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar - FOTOLAR 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56 Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR 6 Dekabr 2019, 11:50 Argentina səfiri: AZƏRTAC-ın ispan dilində xəbər yayması təqdirəlayiqdir - FOTO 6 Dekabr 2019, 11:42 Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir” 6 Dekabr 2019, 11:35 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclas ÇAĞIRDI 6 Dekabr 2019, 11:23 Azərbaycan polisləri də ağac əkdi - FOTO 6 Dekabr 2019, 11:17 Polis 12 şübhəlini saxladı 6 Dekabr 2019, 11:08
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?