Modern.az

Dövlət məmuru olmaq istəyənlər üçün yeni müsabiqə elan edilib

Dövlət məmuru olmaq istəyənlər üçün yeni müsabiqə elan edilib

4 Fevral 2010, 19:42

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu il 5 fevral tarixdən 42 dövlət orqanında inzibati vəzifələrin 6-9 təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyadan Modern.az-a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 727-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 44-ü isə apellyasiya və yerli məhkəmə orqanlarının aparatlarındadır.

Vakant vəzifələrdən 226-sı inzibati vəzifələrin altıncı təsnifatına, 55-i inzibati vəzifələrin yeddinci təsnifatına, 25-i inzibati vəzifələrin səkkizinci təsnifatına, 465-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin 6-9 təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılır. Bunlardan 22-si hakimin köməkçisi, 13-ü isə məhkəmə iclasının katibi vəzifəsidir. “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 5 fevral 2010-cu il tarixli sayında və 5 fevral 2010-cu il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az və www.csc.gov.az veriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?