Modern.az

Zelenski Putini Donbasda görüşə çağırdı

Zelenski Putini Donbasda görüşə çağırdı

21 Aprel 2021, 00:07

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.

 

Modern.az-ın yerli mətbuata istinadla məlumatına görə, Zelenski bildirib ki, Qərb Ukraynanı maliyyə cəhətdən dəstəkləməyə hazırdır. Ukrayna rəhbəri eyni zamanda Avropanın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu vurğulayıb.

 

"Cənab Putin, mən sizə müharibənin getdiyi Donetskin istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri deyib.

 

Zelenski eyni zamanda, Ukraynanın cənub-şərqindəki vəziyyətə görə rəsmi Kiyevin Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayan beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu