Modern.az

Dünyanın ən nüfuzlu milyarderləri

Dünyanın ən nüfuzlu milyarderləri

5 Fevral 2010, 12:02

“Forbes” jurnalı dünyanın ən nüfuzlu milyarderlərinin siyhahısını açıqlayıb. Modern.az xəbər verir ki, siyahıya nəhəng sərvətə malik, əllərində siyasi hakimiyyət və sənaye potensialı cəmləşmiş milyarderlər düşüb. İlk dəfə “Forbes” siyahısına Çilidə keçirilmiş prezident seçkilərində qalib gəlmiş Sebastyan Pineranın adı salınıb.  Martda prezident səlahiyyətlərinə başlayacaq  Pinera 14 milyon əhalisi  və ümumi daxili məhsulun həcmi 246 milyard dollar təşkil edən ölkəni təmsil edir. Onun sərvəti 1 milyard dollar təşkil edir. Pinera öz sərvətindən 1 milyon dollar yeni iş yerlərinin açılmasına vəd edib.

 

Daha sonra Nyu-York meri Maykl Blümberqin adı çəkilir. Ümumdünya “Bloomberg LP”  maliyyə xəbərləri kompüter şəbəkəsinə rəhbərlik edən Maykl Bülümberqin sərvəti 17,5 milyard dollar təşkil edir. Onun səyləri sayəsində Nyu-York maliyyə böhranından qurtula və işsizliyin səviyyəsini azalda bilib. Bu milyarder Nyu-Yorka ABŞ-ın ən təhlükəsiz şəhəri adını qazandıra bilib. 

 

Siyahıda adları çəkilən daha iki milyarder də siyasətlə məşğuldur. Onlardan birincisi çox sayda telekommunikasiya və sığorta şirkətlərinin, investisiya və pensiya fondlarının sahibi olan İtaliyanın baş naziri Silvio Berluskonidir. Onu Livanın baş naziri seçilmiş Saad Xəriri təqib edir.

 

"Forbes" beşliyini Latın Amerikası kommunikasiya sənayesinin kralı hesab olunan Karlos Slim və rusiyalı neft maqnatı azərbaycanlı Vahid  Ələkbərov davam etdirir. “Amerikan Mobil” mobil rabitə şərkətinə rəhbərlik edən Slimin sərvəti ötən il 35 milyard dollar təşkil edib. Dünyanın ən böyük neft şirkətlərindən olan “Lukoyl”-un rəhbəri Vahid Ələkbərovun sərvəti isə 46 milyard dollardır.

 

Hindistanın ən varlı adamı, Mukeş Ambani Relianse İndustries şirkətinə rəhbərlik edir. Onun var-dövləti 73 milyard dollardır.  Onun həmyerlisi Arselor Mittal şirkətinin rəhbəri Lakşmi Mittalın sərvəti 65 milyard dollarla ölçülür.

 

Apple şirkətinn rəhbəri Stiv Cobs Forbes siyahısında 18-cidir. O annimasiya (Pixar), musiqi (iPod) və telefoniya (iPhone) sahəsində köklü dönüş edib. Bu il "Forbes"in ən nüfuzlu milyarderləri  siyahısına Roman Abramoviç, Səudiyyə Ərəbistanı şahzadəsi Alvalid Bin Talal Alsaud, Opra Uinfri düşməyiblər.

 

Ötən ilin noyabrında "Forbes" dünyanın ən nüfuzlu adamlarının siyahısını açıqlayıb, bu siyahıya 67 dövlət xadimi, cinayətkar, maliyyəçi və xeyriyyəçi daxil olub. İlk üçlüyə ABŞ  prezidenti Barak Obama, Çin Xalq Şurasının sədri Xu Tszitao və Rusiyanın baş naziri Vladimir Putin düşüblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi