Nizami dağlardan gül-çiçək yığıb Afaq üçün dərman qayırmağa getmişdir. Əbdəkin intizarı Afaqı o qədər gücdən salmışdır ki, bir də sağalacağına ümidi yoxdur. “... sağalmağa ümidim yoxdur” deyən Afaqa Xədicə belə söyləyir: “Elə demə, qızım, onun dərmanları (Nizamini nəzərdə tutur-B.X.) insanlara şəfa verir. O, sənin dərdinə əlac tapar”. Afaqın dərdi Nizamiyə hər şeyi unutdurub. O, unutmuşdur ki, Şirvana gedib “Xosrov və Şirin” dastanını Xaqaniyə oxuyacaqdı. Xədicə beşikdəki Məhəmmədi yarğılayır. Onun “Elə demə, qızım, onun dərmanları (Nizamini nəzərdə tutur-B.X.) insanlara şəfa verir. O, sənin dərdinə əlac tapar” fikri Nizamiyə olan inama köklənmiş fikirdir. Nizaminin anası Xədicənin Nizamiyə inamlı olması və bu fikri söyləməsi səbəbləri barədə danışmağa dəyər.
ç) Nizami kimin dərdinə əlac axtarırsa, yalnız və yalnız Tanrıya bel bağlayır, Tanrıya güvənir və Tanrıdan kömək istəyir. Sevgilisinə, Afaqına köməyi də Tanrıdan istəyir: “Ey böyük Tanrı, biz öz məhəbbətimizlə insanları əsrin çamurluğundan nəhayətsiz göylərə, dibsiz fəzalara qədər yüksəltmək istərkən, sən öz fitnənlə nə üçün bizim səadət sarayımızı uçurursan? Ey fələk, sənin gərdişin nə üçün rəqqasələr kimidir? Bu mənim Afaqımdır. Gözlərim önündə öyük üfüqlər açan ilahi bir məhəbbətin canlı heykəlidir. Afaq mənim qaranlıq daxmamı, soyuq evimi öz nəfəsilə isidən bir ocaqdır ki, indi sən onu söndürmək istəyirsən!..” Nizami Afaqın simasında sevgiyə tərif verir: “Afaq mənim qaranlıq daxmamı, soyuq evimi öz nəfəsilə isidən bir ocaqdır...” Bu baxımdan Nizami Afaqın dərdinə əlac tapmağı müqəddəs borc sayır;
Gecə xəlvətcə bizə çeşmi xumar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi.
Mən ona göz yetirib, xəlvəti baxdım, baxdım...
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: getmək dəmidir, söylə nə istərsən yar?
Tez oyandım, deməröyama o yar gəlmiş idi!..
Qəsəm etdi ki, Nizami... oyanıb gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi...
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor