Modern.az

Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı

Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı

Aktual

10 May 2021, 09:04

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

1993-cü il təvəllüdlü Rzazadə Nurlan Surxay oğlu mübahisə zəminində bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!