Modern.az

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

Aktual

14 May 2021, 22:56

ABŞ Abxaziya və Cənubi Osetiyada Rusiyanın mövcudluğunun qarşısını almalıdır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Bolton “National Review” nəşrindəki məqaləsində yazıb.

 

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Qərb öz məqsədinə çatmayıb. Altı postsovet ölkəsi hələ də NATO-nun tərkibinə daxil edilməyib və alyansla Rusiya arasında “boz zona” olaraq qalmaqdadır.

 

Bolton Ukrayna və Gürcüstanı hərbi ittifaqa daxil etməyi təklif edib. O, bunun tezliklə edilməsinin vacibliyini vurğulayıb. Boltonun fikrincə, ilk növbədə, Gürcüstana diqqət ayrılmalı, Abxaziya və Cənubi Osetiyada Rusiyaya cavab verilməlidir.  

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı