Modern.az

Şuşaya “qoruq şəhər” statusunun verilməsi TƏKLİF OLUNDU

Şuşaya “qoruq şəhər” statusunun verilməsi TƏKLİF OLUNDU

Mədəni̇yyət

24 May 2021, 12:04

Deputat Aqil Abbas Şuşaya “qoruq şəhər” statusunun verilməsini təklif edir.


Bununla bağlı Modern.az-a Aqil Abbas özü məlumat verib. O qeyd edib ki, bu gün Milli Məclisin dörd komitəsinin iştirakı ilə keçiriləcək toplantıda təklifini səsləndirəcək:


“Şuşa İçərişəhər kimi “qoruq şəhər” elan edilməlidir.  İçərişəhərə bu status çox gec verildi, ona qədər artıq İçərişəhəri dağıtmışdılar. İndi, vaxtında Şuşanı “qoruq şəhər” elan etməliyik ki, hər kəs orda istədiyi kimi rəqs edə bilməsin. Tikinti şirkətlərinin “at oynatması” yolverilməzdir. Müəyyən layihə əsasında təmir işləri aparılandan sonra Şuşa əvvəlki Şuşa olmalıdır. Hesab edirəm ki, Şuşa ilə bağlı əlavə qərarlara, hətta qanun layihələrinə də ehtiyac var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı