Modern.az

56 yaşlı gürcü milyarder - Kompüter alverindən böyük siyasətə - FOTOLAR

56 yaşlı gürcü milyarder - Kompüter alverindən böyük siyasətə - FOTOLAR

5 Oktyabr 2012, 09:41

Gürcüstanın ucqar bir kəndində şaxtaçı ailəsində doğulan Bizina İvanişvili 5,5 milyardlıq varidata necə sahib olub? 

Gürcüstanda son parlament seçkilərində qalib gəlmiş “Gürcü arzusu” koalisiyanın lideri, milyarder Bizdina İvanişvili getdikcə reytinqini artırmaqdadır. Bəzilərinin “Rusiyanın adamı” adlandırdığı İvanişvili belə iddiaları rədd edir. Tezliklə Gürcüstanın baş naziri kürsüsündə əyləşəcək B.İvanişvili kimdir?

O, 18 fevral 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvilla kəndində şaxtaçı ailəsində anadan olub. Tiflis Dövlət Universitetini bitirən Bidzina keçmiş SSRİ-də kooperativ hərəkatı dalğası başlayanda, 1988-ci ildə “Aqroproqress” koperativini yaradıb və kompüter alveri ilə məşğul olub.
SSRİ dağılandan sonra Moskvada yaşayan İvanişvili Rusiya vətəndaşlığını qəbul edib. 2004-cü ildə o və həyat yoldaşı Yekatrina Xvedelidze Gürcüstan vətəndaşlığını da ala biliblər.

Bidzna İvanişvili 35 yaşında olanda 19 yaşlı Yekatrina Xvedelidze ilə evlənib. Onların 4 uşağı var. 3 oğlan və bir qız. 20 yaşlı Uta, 17 yaşlı Bera, 15 yaşlı Qvansa və 7 yaşlı Sotne.

2011-ci ildə prezident Mixail Saakaşvili Birzina İvanişvilini və onun həyat yoldaşını Gürcüstan vətəndaşlığından xaric edib. Həmin ilin dekabrında məhkəmə milyarderin arvadı barədə olan qərarı ləğv edib. 2011-ci ilə qədər Bidzina heç zaman KİV-in gündəmində olmayıb.

Sahibkarlıq fəaliyyətində ciddi yüksəliklərə nail olmağı bacaran İvanişvili tədricən varidatını artırmağa nazil olub və rəsmən milyarderə çevrilə bilib. Hələ 2005-ci ildə İvanişvilinin aktivində “İmpeksbank”, “Rus krediti” bankı,  aqrar korporasiya, “Doktor Stoletov” apteklər şəbəkəsi, “Minsk” və “Sentralnya” mehmanxanası var idi. Sonra özünün ən böyük şirkətini - “Unikor” qrupunu yaradıb.
İvaniişvili “Forbes”in siyahısında var-dövlətinə görə 200-cü yerdədir. Onun 5.5 milyard dollarlıq varidatı var.

O, 2011-ci ilin sonundan Gürcüstanda müxalif siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırda o, Fransa vətəndaşıdır, amma tezliklə Gürcüstan vətəndaşlığına bərpa olunacağını da bildirib.
B.İvanişvili iqtisad elmləri namizədidir.

B.İvanişvilinin 3 oğlundan ikisi albinosdur. Ortancıl oğlu, Los-Anclesdə yaşayan Bera ABŞ-da uğurlu reper və müğənni karyerası qurub. Seçki kampaniyası başladıqdan sonra o, Gürcüstana gəlib. Bera “Youtube”də atasının siyasi roliklərinin yayımı ilə məşğul olub.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi