Modern.az

“Azərenerji: “60-cı illərin elektrik xətləri Bakını normal enerji ilə təmin edə bilmir”

“Azərenerji: “60-cı illərin elektrik xətləri Bakını normal enerji ilə təmin edə bilmir”

10 Fevral 2010, 13:43

"Azərenerji" dünənki enerji qəzası ilə bağlı açıqlama yayıb

Modern.az xəbər veriri ki, dünən respublika miqyaslı enerjisi qəzası ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, buna səbəb Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində qəza baş verməsidir. “Gərginlik artdıqdan sonra stansiyaya gələn ikinci xətdə də qəza baş verib. Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Qəza saat 11:57-də baş verib, 6 dəqiqə sonra – saat 12:03-də bərpa edilib”. Daha sonra qeyd edilir ki, Azərbaycanın enerji sistemində baş verən qəzanın əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur. Çovğun zamanı “Azərenerji” naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə çəkilən bu xətlərin şəhəri normal enerji ilə təchiz etməyə gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. “Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. Çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir