Modern.az

Nazirin qardaşı 52 icra nümayəndəsini işdən çıxarıb

Nazirin qardaşı 52 icra nümayəndəsini işdən çıxarıb

6 Oktyabr 2012, 10:45

Yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifə tutan orta təhsilli dövlət qulluqçularının dövlət qulluğundan çıxarılması prosesi davam edir

Prezident Adminstrasiyasının müvafiq sərəncamına əsasən, Azərbaycanda 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə təyin olunan orta təhsilli dövlət qulluqçularının hamısının dövlət qulluğuna xitam verilir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərovun bildirdiyinə görə, yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması bu ilin iyununda "Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə"yə edilən əlavə və dəyişikliklərə uyğun həyata keçirilib.

"Dövlət qulluğu haqqında" qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifəyə götürülən orta təhsilli dövlət qulluqçularına isə toxunulmur.

Modern.az saytının xəbərinə görə, İsmayıllı rayonunda orta təhsilli icra nümayəndələrinin ötən həftədan başlayan kütləvi ixtisarı artıq başa çatıb. İsmayıllı rayonu İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı Nizami Ələkbərovun əmri ilə inzibati vəzifə tutan  orta təhsilli 52 nəfər icra nümayəndəsi və müavinləri işdən kənarlaşdırılıb.  
İxtisara düşən icra nümayəndələrinin və müavinlərin boş qalan yerlərinə hələki təyinat aparılmayıb. Həmin vəzifələrə ali təhsilli şəxslərin qəbulu müsahibə yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir