Modern.az

Yaltaqlığı qanunla qadağan edək! - Deputatlar bu təklifə necə yanaşdı?

Yaltaqlığı qanunla qadağan edək! - Deputatlar bu təklifə necə yanaşdı?

Ölkə

6 Oktyabr 2012, 10:52

Azərbaycan cəmiyyətində xoşagəlməz bir ənənə formalaşıb, yaltaqlıq ənənəsi...
Yaltaqlığı insani keyfiyyət adlandırsalar da, müasir dövrdə bu, xarakterlikdən çıxaraq, stabil bir metoda çevrilib. Bəzilərinin fikrincə, indiki zəmanədə yaltaqlanmasan, işin keçmir. Hətta “mən yaltaqlığı bacarmıram, yaltaqlıq mənlik deyil” deyənlər də işlərinin xatirinə bu taktikaya əl atmağa məcbur olurlar.

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, hər cəmiyyətdə, hər dövrdə yaltaq insanlar çox olub. Burada Azərbaycan da istisna deyil:

“Amma təəssüf ki, bu gün yaltaqların sayı get-gedə artır. Müəyyən qədər öz işlərini, öz şəxsi maraqlarını həyata keçirmək üçün yaltaqlıq edirlər, dırnaqrası hörmətdən istifadə edirlər ki, öz çirkin əməllərini istifadə etsinlər”.

Deputat qeyd edib ki, tarixi köklərə baxanda qədim vaxtlarda belə situasiyalar çox az hallarda olurdu.

“Hətta həmin insanları da dar ağacına çəkirdilər, amma indi demokratiya dövründə nə cür desən yaltaqlıq edilir. Bununla yanaşı, Azərbaycanda özünə hörmət edən insanların müəyyən hissəsi qalır, buna da şükür. İnsan var ki, yaltaqlığı sevir, ondan həzz alır, insan da var ki, ümumiyyətlə yaltaqlığı qəbul etmir. Mən bir insan, millət vəkili olaraq bunu qəbul edə bilmirəm”.

Qanunvericilikdə yaltaqlığı necə yasaq etmək olar?

“Bu, insanın özünün şəxsi keyfiyyətindən irəli gələn bir məsələdir. Bunu yasaqlamaq çətindir”.

Deputat Məlahət İbrahimqızı da hesab edir ki, yaltaqlığı aradan qaldırmaq üçün heç bir model yoxdur, bununla bağlı qanunvericilikdə nəsə etməyə ehtiyac yoxdur: “Yaltaqlıq insan şəxsiyyətsizdir. Bunu aradan qaldırmaq üçün heç bir düstur yoxdur. Özünə hörmət edən insan heç vaxt yaltaqlanmaz?”

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!