Modern.az

Rayon icra hakimiyyətlərinə “2001-ci il” qadağası

Rayon icra hakimiyyətlərinə “2001-ci il” qadağası

6 Oktyabr 2012, 12:14

İcra strukturlarında çoxlu vakant yerlər yaranıb

Modern.az-
ın xəbər verdiyi kimi, rayon icra hakimiyyəti orqanlarında inzibati vəzifə tutan orta təhsilli dövlət qulluqçularının dövlət qulluğundan çıxarılması prosesi davam edir. Prezident Adminstrasiyasının müvafiq sərəncamına əsasən, Azərbaycanda 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə təyin olunan orta təhsilli dövlət qulluqçularının hamısının dövlət qulluğuna xitam verilir.

Yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması bu ilin iyununda "Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə"yə edilən əlavə və dəyişikliklərə uyğun həyata keçirilib.

"Dövlət qulluğu haqqında" qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifəyə götürülən orta təhsilli dövlət qulluqçularına isə toxunulmur.

Məlum sərəncamdan sonra Masallı rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 11 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavinini, 26 kənd inzibati ərazi dairəsi üzrə baş mühasibi işdən azad edib. Bu barədə Modern.az-a Masalllı rayonu İcra Hakimiyyətindən bildirilib. Masallı rayon uİcra Hakimiyyəti 26 vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün daxili müsabiqə elan edib.

Lerik rayonunda da müvafiq sərəncama əsasən icra nümayəndəliklərində işdən çıxarılmalar olub. Lerik rayon icra başçısının müavini Habil Məlikov saytmıza bildirib ki, məlum sərəncamdan sonra 1 icra nümayəndəsi, 11 icra nümayəndəsinin müavini, 17 baş mühasib işdən azad edilib. Ümumilikdə 29 nəfər vəzifədən çıxarılıb. Boş qalmış yerlər üçün müsabiqə elan edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı