Modern.az

Rihanna Bakıda səhnəyə “Azadlıq” şüarı ilə çıxdı - FOTOLAR

Rihanna Bakıda səhnəyə “Azadlıq” şüarı ilə çıxdı - FOTOLAR

Ölkə

8 Oktyabr 2012, 11:57


Oktyabrın 7-də Bakıda solo konsertini verən məşhur amerikalı müğənni Rihanna “Bakı Kristal Zalı”n səhnəsinə bədənində “Azadlıq” sözü yazılmış tatuajla çıxıb.
Modern.az
satı bildirir ki, müğənninin  konsert zamanı geyindiyi paltarı diqqət çəkib. Rihanna bədənin açıq yerində, sinəsinin altında döydürdüyü tatuajında qədim Misir dini simvollarından istifadə edib. Həmin simvolun böyründən isə ərəbcə “Azadlıq-allahdadır” yazılıb. Şəkildəki həmin yazının oxuyan Modern.az saytının əməkdaşı onun mənasını müəyyənləşdirib.

Məşhur müğəninin konserti anşlaqla  keçib. Rihanna səhnəyə xüsusi lift vasitəsi ilə gətirilib. O, çıxışının əvvəlində, ortasında və sonunda dəfələrlə “Bakı səni sevirəm” deməkdən yorulmayıb. Hətta müğənninin mahnılarını əzbər bilən tamaşaçıların ifası Rihannanı təsirləndirib və həyəcanlandırıb. Tamaşaçılara ana dilimizdə “sağ olun“ deyən Rihanna “Bakı Kristal Zalı”na toplanmış minlərlə pərəstişkarına üzünü tutaraq deyib:

“Sizdən bir xahişim var: mənim adımı söyləyin və daha çox söyləyin. Sizdən mənə gələn müsbət enerjidən lap tərləmişəm. Ümidvaram bu gecə tam yanmaram, çünki bu qarşılıqlı sevgidir. Mən sizi çox sevirəm, Bakı!”.

Barbados adasında dünyaya gələn, hazırda Amerikada yaşayan və dünyanın istənilən ölkəsində milyonlarla pərəstişkara sahib olan Rihanna, bütün mahnıları canlı ifa edib. Qüsursuz ifası, erotik rəqsləri, məhz Rihannaya məxsus hərəkətləri ilə tamaşaçıları sevindirib. Rihanna səhnədə olduğu müddətdə yalnız bir geyimdə olub və sona kimi rəngli, cəlbedici səhnə geyimində bir-birindən maraqlı perfomanslar nümayiş etdirib.

Konsertində Rihanna yeni hitlərini də Bakı tamaşaçılarına ərməğan edib.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!