Modern.az

Qurandan götürülən hansı adların uşaqlara verilməsi yasaqdır? - Maraqlı

Qurandan götürülən hansı adların uşaqlara verilməsi yasaqdır? - Maraqlı

Ölkə

9 Oktyabr 2012, 09:57

İslam dininin müqəddəs kitabı Quranda elə adlar var ki, onların mənasını bilmədən övladlarımıza qoyuruq. Uşaqlara hansı adların verilməsində valideynlər yanılırlar?

Modern.az-ın bu sualını “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb. Onun sözlərinə görə, valideyn övladına görə bir neçə şeyə məsuliyyət daşıyır.

“Onlardan biri odur ki, valideyn övladına düzgün tərbiyə verməlidir, təhsil verməlidir. Bu dinin ata-ananın boynuna qoyduğu məsuliyyətdir. Eyni zamanda övlada yaxşı adın seçilməsi vəzifələrdən biridir. Valideynin borcudur ki, övladına yaxşı ad seçsin, adlar mənalı olsun, yaxşı  bir mənanı ifadə eləmiş olsun. Bu adlardan ən yaxşısı peyğəmbərimizin və onun əhli beytinin adlarıdır. Bu adlar bəyənilən adlardandır. Eyni zamanda Allahın Rəhman, Xaliq və Allah adının övlada qoyulmasını dinimiz qadağa edir. Amma Allahın digər adlarını övladlara qoymaq olar. Eyni zamanda hər hansı bir gülməli adların uşağa qoyulmasını dinimiz qadağan edir. Çünki bu adlar insanın gələcəkdə məsxərəyə, gülüş obyektinə çevrilməsinə səbəb ola bilər. Ona görə də dinimiz insanlara mənalı adların qoyulmasını tərəfdarıdır”.

Hacı Şahinin sözlərinə görə, bütlərin adlarını uşaqlara vermək olmaz. Bundan başqa, Tükəzban adı ərəb dilindən yalanlama mənasındadır. Bu ad uşağa qoyulmamalıdır.

“Bizdə belə bir ənənə var ki, Quranı açırlar və hansısa səhifədən kəlməni götürüb övladına ad qoyurlar. Mən eşitmişəm ki, valideynlər övladlarına Münafiq adını qoyurlar, bu, xələf çıxan, ikiüzlü deməkdir. Quranda bu adlar var, amma tənqid eləmək üçün o insanlardan danışılır. Ona görə də daha yaxşı olar ki, Allah dostları və peyğəmbərlərin, imamların adları övladlara qoyulsun. Yaxşı olar ki, adların qarşısında “əbd” olsun, “əbd” bəndə, qul deməkdir. Məsələn, Əbdürrəhman və yaxud Allahın digər adlarından olan Kərim, Rəhim, Lətif və s. digər adlar qoymaq olar”.

Sevinc İltifatqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi