Modern.az

İrandan Türkiyəyə sərt xəbərdarlıq

İrandan Türkiyəyə sərt xəbərdarlıq

9 Oktyabr 2012, 21:39

Rəsmi Tehran son günlər Suriya ilə sərhəddə baş verən xoşagəlməz hadisələrə görə növbəti dəfə Türkiyəyə xəbərdarlıq edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, prezident Mahmud Əhmədnejatın təhlükəsizlik və xarici siyasət  üzrə müşaviri Əhməd Rza Türkiyəni Suriyaya qarşı müharibə niyyətindən əl çəkməyə çağırıb. İran rəsmisinn sözlərinə görə, Türkiyə-Suriya müharibəsi başlayarsa bölgədə böhran yaranacaq. Ə.Rzanın sözlərinə görə, Türkiyə Suriya ilə münasibətlərə yenidən baxaraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına çalışmalıdır.

Qeyd edək ki, Suriyada Əsəd rejimini müdafiə edən İran hakimiyyəti artıq bununla Türkiyəyə ikinci dəfə xəbərdarlıq edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir