Modern.az

Ramil Səfərov evləndi - toya kimlər gəlmişdi?

Ramil Səfərov evləndi - toya kimlər gəlmişdi?

9 Oktyabr 2012, 22:53

Oktyabrın 9-da Milli Ordunun zabiti Ramil Səfərovun toy mərasimi keçirilib. Bakıdakı “Meridian” şadlıq sarayında təşkil olunan toy mərasimində yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib. Modern.az-ın məlumatına görə, Ramil Səfərovun toy mərasimində millət vəkillərindən yalnız Adil Əliyev iştirak edib.
Uzun müddətdir mətbuatın gündəmində olan, yalnız bu gün gerçəkləşən toy şənliyini tanınmış qiraət ustası Şəmistan Əlizamanlı və xanəndə Arif Babayev idarə ediblər. Mərasimdə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin də iştirak etdiyi bildirilir.

Restoranın ətrafında yüksək təhlükəsizlik tədbirləri o dərəcəyə çatdırılıb ki, hətta sarayın həyətinə avtomobillərin buraxılmasına icazə verilməyib. Mərasimin keçirildiyi zala kənar şəxslər daxil ola bilməyib.

Maraqlıdır ki, Ramil Səfərovun doğma rayonu olan Cəbrayılın icra başçısı toy mərasimində iştirak etməyib. Buna səbəb kimi, onun toy şənliyinə dəvət edilməməsi göstərilib. 

Ramil Səfərovun toy mərasiminə jurnalistlərdən ANS-dəki !Qulp" verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərov qatılıb.

Zabitimiz Şəbnəm Gülməmmədova adlı xanımla ailə qurub.

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu