Ağcabədi rayonunda dünən toyu olan gəlin özünü asıb. Modern.az-a daxil olan məlumata görə, bəyin – Teymur Abbasovun ailəsi 3 qardaşdan ibarətdir. Ailənin başçısı olan atalarını keçən il itiriblər. Maddi imkanları məhdud ailənin iki üzvü – Gülağabəy və Əbülfət Bakıda tikinti sahəsində fəhlə işləyirlər.
“Teymur Abbasovun toyu Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində olub. O, intihar etmiş gəlinlə – Gülnarə Hüseynova ilə Bakıda işləyərkən tanış olub və qızı öz razılığı ilə qaçırıb”, – deyə bəyin yaxın qohumlarından biri bildirib.
– Dünən toy çox yaxşı keçdi. Amma səhər yuxudan oyanan zaman görüblər ki, gəlin özünü qoz ağacından asıb.
Ağcabədi rayonunun hüquq-mühafizə orqanları G. Hüseynovanın meyitini rayon mərkəzinə aparıblar. T.Abbasov da dindirilmək üçün prokurorluğa aparılıb. Məsələ ilə bağlı cinayət işi açılıb.
Modern.az