Modern.az

Niyazi Mehdi etiraz etdi: “Mən ermənilərlə görüşməmişəm”

Niyazi Mehdi etiraz etdi: “Mən ermənilərlə görüşməmişəm”

Ölkə

10 Oktyabr 2012, 15:57

Müsavat Partiyasının Divan üzvü, professor Niyazi Mehdi Qarabağ Azadlıq Təşkilatın sədri Akif Nağının haqqında səsləndirdiyi ağır ifadələrə cavab verib. Gürcüstanda erməni QHT rəhbəri Georgi Vanyanla görüşdüyü üçün Akif Nağı tərəfindən “xəyanətkar” adlandırılan N.Mehdi Modern.az-a açıqlamasında belə bir görüşdə iştirak etmədiyini bildirib.

“Akif Nağının xəbəri yoxdur. Mən Gürcüstanda keçirilən görüşdə iştirak etməmişəm.O yalnış gedib ola bilsin. Sözün açığı mən belə görüşlərə normal baxıram. Amma mənə dəvət gəlməsinə baxmayaraq bu görüşə getmədim. Akif Nağı mənim dostumdur, yəqin ki xəbəri yoxdur”

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı politoloq Zərdüşt Əlizadə, professor Niyazi Mehdi, folosof Rəhman Bədəlov və hüquq müdafiəçisi Arzu Abdullayevanı Gürcüstanın Təkəli kəndində erməni QHT rəhbərləri ilə görüşdüklərinə görə, çox sərt şəkildə tənqid edib və onları “xəyanətkar” adlandırıb.

Politoloq Zərdüşt Əlizadə ilə Gergi Vanyanın görüşündən fotonu təqdim edirik.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi