Modern.az

YAP Qadınlar Şurasının sədri: “Gülər Əhmədova ilə bağlı olaylara münasibətim pisdir”

YAP Qadınlar Şurasının sədri: “Gülər Əhmədova ilə bağlı olaylara münasibətim pisdir”

Ölkə

11 Oktyabr 2012, 12:13

“Gülər Əhmədova ilə bağlı olaylara münasibətim çox pisdir”. Bu sözləri YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva eks-millət vəkili ilə bağlı qalmaqala münasibətini Modern.az-a açıqlayarkən bildirib.

Gülər Əhmədova ilə bağlı məlum videomaterial və bu fonda davam edən hadisələrə toxunan  YAP Qadınlar Şurasının sədri  bununla bağlı özünün xüsusi münasibətinin olmadığını deyib.

“Məsələyə xüsusi munasibət bildirməyin mənası yoxdur”- deyən Şura sədri eyni zamanda onunla danışan əməkdaşımızın da məsələylə bağlı mövqeyi ilə maraqlanıb.

“Xüsusi münasibət bildirməyimin mənası yoxdur. Münasibət necə olmalıdır? Sizin münasibətiniz necədir?”-deyə N. Əliyeva soruşub. 

“Jurnalist də bu ölkənin vətəndaşıdır. Qadınlar Şurasının sədri də bu ölkənin vətəndaşıdır. Gülər Əhmədovala balı olaylara  münasibətim necə ola bilər sizcə? Münasibətim çox pisdir”-deyə Şura sədri vurğulayıb.  

Qeyd edək ki, hazırda YAP-ın üzvü olan sabiq deputat Gülər Əhmədova hakim partiyanın Qadınlar Şurasında da təmsil olunur.

Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır