Modern.az

Orta məktəblərdə rusca oxuyan şagirdlərin sayı kəskin azalıb - STATİSTİKA

Orta məktəblərdə  rusca oxuyan şagirdlərin sayı kəskin azalıb - STATİSTİKA

Ölkə

12 Oktyabr 2012, 10:35

Valideynlər övladlarını rus məktəblərinə qoymaqdan imtina edir

Azərbaycanda  orta məktəblərin rus bölməsində təhsil alan şagirdlərin sayı azalır. Bunu Dövlət Statistika Komitəsindən  Modern.az-a verilən  məlumatda təsdiq olunub. Statistikaya görə  2000-2001 ci illərdə rus dilində təhsil alanların sayı 108240 nəfərdirsə bu göstərici müxtəlif illər arasında dəyişib və azalmağa doğru gedir. Məsələn 2005-2006 cı illərdə  108737, 2007-2008 ci illər 106497, 2008-2009 ci illərdə 101209 olduğu halda  2010-2011 ci illərdə bu göstərici  nisbətən aşağı düşərək  90235 olub.  

Bu problemlə bağlı Modern .az  təhsil üzrə ekpert Etibar Əliyevdən  münasibət öyrənib. Onun sözlərinə görə, rus bölməsində təhsil alan tələbələrin  sayının azalmasına əsas səbəb  kimi rus ailələrinin azərbaycandan köçməsi, türk liseyləri şəbəkəsinin genişlənməsi, rus məktəblərində təhsil səviyyəsinin aşağı düşməsidir.  Bundan əlavə inglis,alman,fransiz dillərinin  rus dilini üstələdiyini  deyən Etibar Əliyev bölgələrdə də bu göstəricinin aşağı olduğunu  qeyd etdi.  

E. Əliyevin sözlərinə görə, sovet dövründə xüsusilə ləzgilərin,  azsaylı xalqların və etnik qurupların daha çox olduğu bölgələrdə, o cümlədən Sumqayıt ,Gəncə şəhərlərində orta məktəblərinn rus bölmələrinə böyük bir axın olsa da indi bunun  çox kəskin səviyyədə aşağı düşüb.  

“İnsanlar təhsil dilini seçməkdə müstəqildirlər. Tələbələr seçdikləri dillər üzrə təhsil almalı və bunun üçündə şərait yaradılmalıdır”-deyəm ekspert bildirib ki, türk məktəbllərində təhsilin yüksək səviyyədə olduğunu və burda təhsil alan tələbələrin 600 baldan yüksək nəticə əldə edildiyini göstərib. “Rus dilinin sıxışdırılma prosesi gedir və  buda müəllim kadırlarının yetişdirilməsinin qarşısını alır”.  Etibar Əliyevin fikrincə,  rus dilini bilmək lazımdır.

“Bu dildə çox çeşidli ədəbiyyat var və internetdə rus dilində hədsiz materialların yerləşdirilib”. Ekspertin fikirncə rus dilini bilənlər bu resurslardan yaxşı faydalanırlar.

  

Aynur

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır